Conatan Canoqli - Tbilisidə hər beş pəncərədən birində Ukrayna bayrağı var, hökumət mütəmadi olaraq Ukraynanın suverenliyinə dəstəyini ifadə edib, ardıcıl olaraq anti-rus qətnamələrinin lehinə səs verib
Mən 2014-cü ilin Ukrayna müharibəsindən sonra heç vaxt Ukraynaya yönəlik Gürcüstanda olduğu qədər belə dəstəyin olduğu ölkədə olmamışam – bu barədə Gürcüstan-Böyük Britaniya Parlament Dostluq Qrupunun rəhbəri Conatan Canoqli bildirib.
“Deyərdim ki, Tbilisidə hər beş pəncərədən birində Ukrayna bayrağı var. Onlar da böyük nümayişlər keçirdilər. Hökumət mütəmadi olaraq Ukraynanın suverenliyini dəstəklədiyini ifadə edirdi. Gürcüstan hökuməti BMT-də ardıcıl olaraq Qərbin, anti-rus qətnamələrinin lehinə səs verib.
Gürcülərin mübahisə etdiyi sahələrdən biri də sanksiyalarla bağlıdır. Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Əgər siz Gürcüstanın iki ən böyük bankının London birjasında olduğunu bilirsinizsə, o zaman onların faktiki olaraq Rusiyaya qarşı sanksiyalara əməl etdiyini də bilirsiniz. Lakin məsələ ondadır ki, onlar böyük ayının quyruğunu onlara bu qədər yaxın olarkən bərk dartmaq istəmirlər, ancaq praktiki nöqteyi-nəzərdən Ukraynaya tam dəstək verirlər və böyük yardımlar göndərirlər”- deyə Canoqli bildirib.