Conatan Canoqli İrakli Ğaribaşviliyə Birləşmiş Krallığın Parlament nümayəndə həyətinə ev sahibliyi üçün minnətdarlığını bildirir
Conatan Canoqli İrakli Ğaribaşviliyə Birləşmiş Krallığın Parlament nümayəndə həyətinə ev sahibliyi üçün minnətdarlığını bildirir

Gürcüstan məsələləri üzrə Böyük Birtaniyanın partnyorlararası Parlament dostluq qruöunun sədri, Conatan Canoqli Gürcüstanın baş naziri, İrakli Ğaribaşviliyə Birləşmiş Krallığın Parlament nümayəndə həyətinə ev sahibliyi üçün minnətdarlığını bildirir.

Gürcüstanın baş nazirinin qəbul etdiyi rəsmi məktubda Conatan Canoqli qeyd edir ki, görüş çox informatik və produktiv idi.

“Cənab baş nazir! Keçən həftə Böyük Britaniya Parlamentinin nümayəndə heyəti ilə görüşmək üçün vaxt ayırdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Bütün həmkarlarım hesab edir ki, söhbətimiz çox informatik və produktiv idi. Görüş zamanı dediyim kimi, mən əvvəllər də Gürcüstanda olmuşam, amma həmkarlarım bu ölkəyə ilk dəfə səfər etdilər və Gürcüstanı səfərdən əvvəlkindən daha çox biliklə tərk etdilər. Hamımız tanınmış gürcü qonaqpərvərliyindən həzz aldıq və cari məsələlərdə yaxşı məlumat aldıq. Mən, həqiqətən də hesab edirəm ki, bizim səfərimiz iki ölkə arasında Parlamentlərarası əlaqələri möhkəmləndirdi və çətin beynəlxalq vəziyyətdə sizə uğurlar arzulayıram”, – Birləşmiş Krallıqdan Gürcüstanın baş nazirinin aldığı məktubda deyilir.

Məktubu Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.