Con Kirbi Qəzzada atəşkəs danışıqlarının davam etdiyini və müzakirələrin bir neçə gün ərzində işçi qruplar səviyyəsində davam edəcəyini bildirib
Con Kirbi Qəzzada atəşkəs danışıqlarının davam etdiyini və müzakirələrin bir neçə gün ərzində işçi qruplar səviyyəsində davam edəcəyini bildirib

Ağ Evin məlumatına görə, Qəzzada atəşkəs üçün danışıqlar davam edir.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbinin qeyd etdiyi kimi, konkret məsələlər üzrə konsensusa nail olmaq üçün növbəti bir neçə gün ərzində işçi qruplar səviyyəsində müzakirələr davam etdiriləcək.

“Danışıqlar əslində elə bir mərhələyə çatıb ki, növbəti məntiqi addım məsələləri daha ətraflı şəkildə işləmək üçün işçi qruplarının yaradılması olacaq”. – Kirbi bildirib.

Onun sözlərinə görə, işçi qrupların həll etməli olduğu məsələlərdən biri də girovların mübadiləsi və bu mübadilənin təfərrüatlarıdır.