Con Kirbi - Putin nəinki ABŞ seçkiləri haqqında danışmağı, həm də seçkilərə qarışmağı dayandırsa, biz minnətdar olardıq
Con Kirbi - Putin nəinki ABŞ seçkiləri haqqında danışmağı, həm də seçkilərə qarışmağı dayandırsa, biz minnətdar olardıq

ABŞ administrasiyası Rusiya prezidenti Vladimir Putini noyabrın 5-də keçiriləcək seçkiləri şərh etməyi dayandırmağa çağırır.

Bu barədə jurnalistlərə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Cənab Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır. Heç kimə üstünlük verməməlidir, nə birinə, nə də o biri tərəfə. ABŞ-ın növbəti prezidentinin kimin olacağını müəyyən etməli olan yeganə şəxs Amerika xalqıdır”. Con Kirbi mətbuat konfransında bildirib.

Con Kirbi həmçinin əlavə edib ki, əgər Putin “yalnız ABŞ seçkiləri haqqında danışmağı, həm də seçkilərə müdaxiləni dayandırarsa” Amerika tərəfi “minnətdar olacaq”.

Con Kirbinin şərhləri Vladimir Putinin sentyabrın 5-də Şərq İqtisadi Forumunda Rusiya prezidentinin “Bayden bizim favoritimiz idi, o, yarışdan kənarlaşdırıldı” deməsindən sonra gəldi. Lakin, o, bütün tərəfdarlarına Harrisi dəstəkləməyi tövsiyə edib. Biz də bunu edəcəyik və ona dəstək olacağıq”.