Çoxatauri Munisipalitetində, Rustaveli küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. İlkin məlumata görə, yanğın mənzillərdən birindən yayılıb.
Çoxataurinin meri Davit Şaraşidzenin qeyd etdiyi üzrə, yanğına nəyin səbəb olduğu hələ müəyyən edilməyib.
“Hazırda yanğın lokallaşdırılıb və ayrı-ayrı ocaqların likvidasiyası işləri aparılır. İnsanlar mənzillərindən çıxarılıblar. Xoşbəxtlikdən zərərçəkən yoxdur. İnsanlara tibbi yardımın göstərilməsinə ehtiyac yaranmayıb. Hadisə yerinə yanğınsöndürmə-xilasetmə və təcili tibbi yardım briqadaları səfərbər olunub. Dörd yanğınsöndürən maşın hadisə yerindədir” -deyə Davit Şaraşidze bildirib.