Co Baydenin oğlu Hanter Baydenin işi üzrə münsiflər heyətinin seçim prosesi başlayıb
Co Baydenin oğlu Hanter Baydenin işi üzrə münsiflər heyətinin seçim prosesi başlayıb

 
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin işi üzrə münsiflər heyətinin seçim prosesi başlayıb. Bir neçə saat əvvəl Co Bayden dəstək bəyanatı dərc edib.

“Prezident kimi mən müzakirə prosesində olan federal işləri şərh etmirəm və etməyəcəyəm, amma bir ata kimi oğluma sonsuz sevgim var, onun gücünə güvənirəm və hörmət edirəm”.

Hanter Bayden ailə üzvləri ilə birlikdə bu gün məhkəmə salonuna gəlib. Proses isə iyunun 9-da başlamalıdır. Hanter Bayden 2018-ci ildə odlu silahın alınması zamanı rəsmi sənədləri tərtib edərkən narkotik vasitələrdən asılılığı ilə bağlı məlumatı gizlətməkdə ittiham olunur.

O, ola bilsin 25 ilədək azadlıqdan məhrum edilsin. Medianın məlumatına əsasən, məhkəmə müzakirələri zamanı onun keçmiş həyat yoldaşı Ketlin Bule və işdəki odlu silahı Delaver ştatında zibil qutusuna atan mərhum qardaşı Bo Baydenin həyat yoldaşı Holi Bayden şahid qismində ifadə verəcək.