Co Bayden yanvarın 15-də ABŞ əhalisinə vida nitqi ilə müraciət edəcək

13:54, 11.01.2025

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden yanvarın 15-də əhaliyə müraciət edəcək. Bu, Baydenin vida nitqi olacaq.

Yeni prezident Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Məlumata görə, Co Bayden yerli vaxtla saat 20:00-da əhaliyə müraciət edəcək.

Bundan əvvəl Co Bayden Avropa İttifaqına yanvarın 9-12-də İtaliyada planlaşdırılan sonuncu səfərini ləğv edib. Buna səbəb Kaliforniyada tüğyan edən genişmiqyaslı yanğınlardır.

Oxşar