Co Bayden – Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlayacağını düşünmürəm, düşünürəm ki, bundan qaça bilərik, amma hələ görüləsi çox şey var
ABŞ prezidenti Co Bayden deyir ki, Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq olar.
“Geniş miqyaslı müharibənin başlayacağını düşünmürəm. Düşünürəm ki, bundan qaça bilərik, amma hələ görüləsi çox iş var”. – Bayden jurnalistlərə bildirib.
Bununla belə, Amerika prezidentinin sözlərinə görə, ABŞ İsraili dəstəkləməyə davam edəcək.