Co Bayden Volodimir Zelenskiyə yeni hərbi yardım paketi haqqında məlumat verib
Co Bayden Volodimir Zelenskiyə yeni hərbi yardım paketi haqqında məlumat verib

ABŞ prezidenti Co Bayden Ukraynanın Müstəqillik Günü ilə əlaqədar ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib və telefon danışığında yeni hərbi yardım paketinin ayrılması ilə bağlı məlumatı təsdiqləyib.

Baydenin sözlərinə görə, ABŞ həftə ərzində Ukraynaya hərbi yardım paketi ilə bağlı əlavə məlumat verəcək.

“Paketə Ukraynanın kritik infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sistemləri daxildir; Cəbhə əsgərləri üçün pilotsuz uçuş aparatları və tank əleyhinə raketlər, həmçinin döyüş sursatı və mobil raket sistemləri”, – deyə Bayden bildirib.