Co Bayden və İordaniyanın Kralı II Abdulla Qəzzada cari vəziyyəti müzakirə ediblər
Co Bayden və İordaniyanın Kralı II Abdulla Qəzzada cari vəziyyəti müzakirə ediblər

 
ABŞ Prezidenti Co Bayden və İordaniyanın kralı II Abdulla Qəzzada cari vəziyyəti müzakirə ediblər.

“Onlar “HƏMAS” tərəfindən israilli girovların azad edilməsinin vacibliyini və Qəzzaya humanitar yardımın çatdırılmasını artıracaq uzunmüddətli atəşkəs razılaşmasını xüsusilə vurğulayıblar”-deyə Ağ Evin bəyanatında deyilir.

Tərəflər həmçinin İsrail üçün təhlükəsizlik zəmanəti ilə Fələstin dövlətinin yaradılmasına gedən yolu ehtiva edən uzunmüddətli sülhün vacibliyini qeyd ediblər.
Bayden həmçinin Kral II Abdullaya göstərdiyi səylərə görə təşəkkür edib.

II Abdulla isə Baydenə xəbərdarlıq edib ki, İsrail tərəfindən 1,4 milyon məcburi köçkün olan fələstinlinin yaşadığı Rafaha hücum yeni qətliam təhlükəsi yaradır.