Co Bayden və Benyamin Netanyahu arasında telefon danışığı olub
Co Bayden və Benyamin Netanyahu arasında telefon danışığı olub

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə atəşkəs və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı razılaşmanın təşviqi yolları barədə danışıb.

“Prezident Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb. Söhbət zamanı atəşkəs və girovların azad edilməsinə dair razılaşma, həmçinin regional gərginliyin azaldılması üçün diplomatik səylər müzakirə edilib. – Ağ Evin bəyanatında deyilir.

Ağ Evin məlumatına görə, telefon danışığına ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris cəlb olunub.

Xatırladaq ki, İsrail ötən həftə Dohada vasitəçilərin təqdim etdiyi, Qəzza zolağında müvəqqəti atəşkəs və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutan təklifi dəstəkləmişdi. Lakin HƏMAS bu təkliflə razılaşmır və bildirir ki, İsrailin baş naziri Qəzza zolağının sərhədlərində hərbi mövcudluğun saxlanmasını nəzərdə tutan yeni tələblər irəli sürüb və bu, HƏMAS üçün qəbuledilməzdir.