Co Bayden Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsini imzalayıb
Co Bayden Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsini imzalayıb

ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsini imzalayıb.

“Bu, ABŞ, Avropa və dünya üçün çox yaxşı gündür. Müttəfiqlərimiz güclü olanda biz də güclüyük. Bu qanunu imzalamaqla ABŞ və bütün dünya daha təhlükəsiz olacaq”, – deyə Bayden bildirib.

Paket Nümayəndələr Palatasının keçən həftə ayrı-ayrı qanun layihələri kimi qəbul etdiyi dörd qanun layihəsini birləşdirir. Dörd qanun layihəsindən birində Ukraynanın 61 milyard dollar, ikincisində isə İsrailin 26 milyard dollar məbləğində yardımı nəzərdə tutulub. Üçüncü qanun layihəsi Hind-Sakit okean regionu üçün 8,1 milyard dollar ayırmağı ehtiva edir. Dördüncü qanun layihəsinə gəlincə, bu, “Tik-Tok” sosial şəbəkəsinin qadağan edilməsinə, həmçinin Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinə və İrana qarşı yeni sanksiyalar tətbiq etmə imkanı verir.