Co Bayden - Qəzzada baş verənlər soyqırım deyil
Co Bayden - Qəzzada baş verənlər soyqırım deyil

 
Qəzzada baş verənlər soyqırım deyil, biz bunu rədd edirik – bu haqda ABŞ-ın Prezidenti Co Bayden açıqlayıb.

Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı Bayden, İsrailin qurban olması ilə bağlı öz inamını vurğulayıb.

“HƏMAS”ın lideri Yəhya Sinvar və “HƏMAS”ın digər cəlladlarını birlikdə məğlub etmək üçün İsrailin yanındayıq. Biz “HƏMAS”ı məğlub etmək istəyirik və bunu etmək üçün İsraillə birlikdə işləyirik” – deyə Bayden açıqlayıb.

Eyni zamanda ABŞ-ın Prezidenti girovların azad edilməsi üçün sona qədər mübarizə aparacağına söz verib.