Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına optimist olduğunu deyir
Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına optimist olduğunu deyir

ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəs razılaşmasının əldə olunmasına nikbin olduğunu bildirib.

O, bu barədə jurnalistlərə məlumat verib.

“Mən optimistəm. Hələ sona çatmaqdan çox uzaqdır, hələ də bəzi məsələlər var, amma düşünürəm ki, bizim şansımız var”, – deyə Bayden bildirib.

Bununla belə, Co Bayden X sosial şəbəkəsində yazıb ki, bölgədə heç kim atəşkəs razılaşmasının əldə edilməsi prosesinə xələl gətirəcək hərəkətlər etməməlidir.

Günün əvvəlində Ağ Ev bildirib ki, İsraildən qaçırılan girovların azad edilməsinə dair son 48 saat ərzində Dohada keçirilən danışıqlar aylar ərzində gördükləri ən konstruktiv danışıqlar olub.