Co Bayden - Putin müharibəni seçdi, dünya Rusiyaya cavab verdirəcək
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı əsassız və heçnədən təxribat olunan hücumunu pisləyir, – bu barədə Co Bayden Ukraynada partlayışlar barəsində məlumatın yayılmasından sonra bəyan etdi.
“Prezident Putin müharibəni seçdi, hansı da fəlakətli insan itkisi və işgəncəni əmələ gətirəcək”, – Bayden qeyd edir.
ABŞ prezidentinin dediyinə görə, “bu hücumların əmələ gərtirdiyi ölüm və məhvə yalnız Rusiya məsuliyyət daşıyır və ABŞ və onun müttəfiqləri və partnyorları birlikdə həlledici forma ilə cacab verəcəklər”.
“Dünya Rusiyaya cavab verdirəcək”, – Bayden bəyan edir.
ABŞ prezidentinin dediyinə görə, o, cümə axşamı, axşam Amerika xalqına müraciət edəcək və “Ukraynaya və qlobal sülh və təhlükəsizliyə qarşı mənasız təcavüz aktına görə” Vaşinqton və onun müttəfiqlərinin Rusiyaya qarşı gələcək nəticələrini açıqlayacaq.
“Biz NATO müttəfiqləri ilə koordinasiyada olacağıq ki, güclü, vahid cavabı təmin edək, hansı da Aliyansa qarşı aqressiyanın qarşısını alacaq”, – Bayden bəyan etdi.
Rusiya prezidenti, Vladimir Putin Donbasda hərbi əməliyyata başladığı barəsində bəyan etdi.
Ukraynanın bir neçə şəhərində atəş səsləri eşidilir.