Co Bayden – Putin indi çətin vəziyyətdədir, onun nəfəs almaq şansının olmaması vacibdir ki, dəhşətli işlər görməyə davam etməsin
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Amerikanın sanksiyalarından sonra çətin vəziyyətdə olduğunu bildirib.
Baydenin fikrincə, Qərbin dəstəyi davam edərsə, Ukraynanın “real qələbə şansı” var.
“Putin hazırda çətin vəziyyətdədir və mən hesab edirəm ki, onun etdiyi dəhşətli işləri davam etdirməməsi üçün nəfəs almaq şansının olmaması çox vacibdir”. – Co Bayden bildirib.