Co Bayden - Münaqişəyə son qoyacaq, Cənubi Qafqazı və Azərbaycanın regiondakı rolunu dəyişdirəcək sülh sazişi, ABŞ bu nəcib istəyi dəstəkləməyə hazırdır
Co Bayden - Münaqişəyə son qoyacaq, Cənubi Qafqazı və Azərbaycanın regiondakı rolunu dəyişdirəcək sülh sazişi, ABŞ bu nəcib istəyi dəstəkləməyə hazırdır

 
Onilliklər boyu davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı və Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişdirəcək uzunmüddətli və ləyaqətli sülh sazişi, ABŞ bu nəcib istəyi dəstəkləməyə hazırdır– bu haqda ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində iştirakçılara göndərdiyi məktubunda deyilir.

Bayden, regional sabitlik və qarşılıqlı əlaqənin ABŞ üçün prioritet olduğunu bildirib.

“Sülh və firavanlığın bizim rəhbər prinsiplərimiz olaraq qalması naminə bunu gələcək nəsillər üçün etməliyik”- Co Bayden qeyd edib.

Həmçinin, ABŞ Prezidenti BMT-nin İqlim Sammitinin Azərbaycana metan emissiyalarının məhdudlaşdırılması, neft-qaz sektoru kimi əsas qlobal təşəbbüsləri irəli sürmək, eləcə də təmiz enerjiyə keçidi təşviq etmək üçün unikal imkan verdiyini bildirib. Bayden qeyd edib ki, Azərbaycan xüsusilə Avropa üçün qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır.