Co Bayden - İnsanların İsrailin Baş nazirinin Qəzzada müharibəni siyasi səbəbə görə uzatdığına inanmaq üçün əsasları var
Co Bayden - İnsanların İsrailin Baş nazirinin Qəzzada müharibəni siyasi səbəbə görə uzatdığına inanmaq üçün əsasları var

 
ABŞ Prezidenti Co Baydenin bəyanatına əsasən, insanların İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada müharibəni siyasi səbəbə görə uzatdığına inanmaq üçün “hər cür əsası” var.

Bu haqda o, “Time” nəşrinə müsahibəsində deyib.

İsrail qüvvələrinin Qəzzada müharibə cinayətləri törədib-törətməməsi ilə bağlı suala Bayden cavabında bunun “qeyri-müəyyən” olduğunu deyib.

Eyni müsahibəsində Bayden, İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın əsasən onların maraqlarına uyğun olacağını bildirib.

İsrail hökumətinin ifrat sağçı koalisiyadakı tərəfdaşları Benyamin Netanyahunu keçən həftə təsdiqlədiyi girovlarla bağlı razılaşmanın təklifinə sadiq qalacağı təqdirdə hökuməti buraxmaqla təhdid ediblər.

Benyamin Netanyahunun tərəfdaşları sərt siyasəti dəstəkləyir və Qəzzanın daimi işğalını və orada İsrail yaşayış məntəqələrinin bərpasını tələb edirlər.