Co Bayden - Donald Trampın məğlub olması halında hakimiyyətin dinc yolla ötürülməsinə əmin deyiləm
Co Bayden - Donald Trampın məğlub olması halında hakimiyyətin dinc yolla ötürülməsinə əmin deyiləm

 
Donald Trampın məğlub olması halında hakimiyyətin dinc yolla ötürülməsinə əmin deyiləm – bu bəyanatı ABŞ Prezidenti “CBS”ə müsahibəsində verib.

Bu, Baydenin seçki yarışından çəkilməsindən sonra ilk müsahibəsi idi.

“Tramp dediyini nəzərdə tutur. Biz isə bunu ciddi qəbul etmirik. O dedi ki, məğlub olsa, ölkədə qan töküləcək” – Bayden bildirib.

Məlumat üçün bildirək ki, Donald Tramp mart ayında ABŞ-ın avtomobil sənayesi haqqında danışarkən seçkilərdə məğlubiyyətinin qan tökülməsi ilə nəticələnəcəyini bildirmişdi. Bu bəyanat sərt tənqidlərlə müşaiyət olundu. Buna cavab olaraq Trampın seçi qərargahında bəyan etdilər ki, sözügedən bəyanat xüsusilə avtomobil sənayesinə aid olub və Demokratlar siyasi dividendlər əldə etmək üçün bunu kontekstdən çıxarıblar.