Co Bayden – Biz İsraili dəstəkləyəcəyik, özünü müdafiə etməyə kömək edəcəyik və Iran uğur qazana bilməyəcək

10:23, 13.04.2024

İran İsrailə “gec ya da tez” hücum edəcək-A bu barədə BŞ prezidenti Co Bayden bildirib.

Jurnalistin İranın İsrailə hücumunun nə dərəcədə qaçılmaz olacağını ilə bağlı ünvanladığı sualına, Bayden cavab olaraq o, məxfi məlumatların təfərrüatlarını müzakirə etmək istəmədiyini, lakin “Mənim gözləntim odur ki, bu, gec ya da tez baş verəcək” – deyə bildirib.

ABŞ prezidenti İrana mesajının nə olduğunu sualına o, “bunu etmə” cavabını verib.

“Biz İsrailin müdafiəsinə sadiqik. Biz İsraili dəstəkləyəcəyik, özünü müdafiə etməyə kömək edəcəyik və İran uğur qazana bilməyəcək”, -deyə Bayden bildirib.

Bundan əvvəl “Axios” nəşri ABŞ hökumətinin üç üzvünə əsaslanaraq Tehranın ərəb ölkələri vasitəsilə Vaşinqtona İsrail və İran arasındakı münaqişəyə müdaxilə edəcəyi təqdirdə ABŞ-ın bölgədəki qüvvələrinə hücum edəcəyi barədə mesaj göndərdiyini bildirib.

Oxşar