Co Bayden bildirir ki, "HƏMAS" girovları azad etsə, növbəti gün atəşkəs razılaşması əldə olunacaq
Co Bayden bildirir ki, "HƏMAS" girovları azad etsə, növbəti gün atəşkəs razılaşması əldə olunacaq

ABŞ prezidenti Co Bayden bildirir ki, “HƏMAS” girovları azad etsə, növbəti gün atəşkəs razılaşması əldə olunacaq. Məlumatı “CNN” yayır.

Artıq qeyd etdiyim kimi, bu, “HƏMAS”dan asılıdır”. Əgər onlar istəyirlərsə, bu sabah başa çatacaq”, – deyə Bayden bildirdi.

Xatırladaq ki, İsrail və “HƏMAS”ın nümayəndə heyəti Qahirəni bir neçə gün əvvəl tərk etdi. Onlar arasında atəşkəs razılaşması yenə baş tutmadı, çünki İsrailin dediyinə görə, “HƏMAS” İsraildə müzakirə belə olunmayan Misirin təklif etdiyi atəşkəs təklifi ilə razılaşdı. “HƏMAS” danışıqları dayandırmaqda İsrailin baş naziri Benyamin Netanyahunu günahlandırdı.