Co Bayden Almaniyaya oktyabrın 18-də gələcək
ABŞ prezidenti Co Bayden oktyabrın 18-də Almaniyaya gələcək. Bu barədə “Reuters” Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
ABŞ prezidentinin kansler Olaf Şolz və prezident Frank-Valter Ştaynmayerlə rəsmi görüşləri olacaq. “Spiegel” yazır ki, danışıqlar Ukrayna və Yaxın Şərqə aid olacaq.
Bundan əvvəl Co Baydenin Almaniyaya səfəri Milton qasırğası səbəbindən təxirə salınmışdı. Baydenin əvvəlcə Almaniyaya planlaşdırılan səfəri çərçivəsində Ukraynaya yardım qrupunun “Ramşteyn” formatında görüşünün keçirilməsi planlaşdırılırdı.