Co Bayden - ABŞ, Ukraynaya Moskva və ya Kremlə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə vermir
Co Bayden - ABŞ, Ukraynaya Moskva və ya Kremlə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə vermir

 
ABŞ Prezidenti Co Bayden, Vaşinqtonun Kiyevə Moskva və ya Kremlə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə vermədiyini deyir.

Onun ABC teleşirkətinə müsahibəsində izah etdiyi kimi, “Rusiya sərhədi yaxınlığında, rus silahlarının Ukraynada konkret hədəflərə hücum etmək üçün istifadə edildiyi yerlərə qarşı belə silahdan istifadəyə icazə verilir. Rusiyada 200 mil dərinlikdə, eləcə də Moskva və Kremlə zərbə endirməyə icazə vermirik”.

Putinin, Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etmək üçün Ukraynanın yüksək dəqiqlikli silahlarla təmin edilməsinin müharibədə birbaşa iştirak mənasına gəlməsi haqda bəyanatının onu narahat edib-etməməsi ilə bağlı jurnalistin sualına Bayden belə cavab verib: “Mən onu 40 ildən artıqdır tanıyıram. Artıq 40 ildir məni narahat edir. O, layiqli insan deyil, diktatordur və var gücü ilə ölkəsini saxlamağa çalışır və eyni zamanda hücumunu davam etdirir. Söhbət onlara Moskvaya, Kremlə zərbə endirmək üçün silah verməkdən getmir, yalnız sərhədin Ukraynaya daxil olmaq və silahdan istifadə edərək ukraynalıları öldürdükləri hissəsinə qarşı silahdan istifadə etməkdən danışırıq”.