Co Bayden ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb
Co Bayden ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb

 

ABŞ Prezidenti Co Bayden Gürcüstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb. Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Karyera sahibi diplomat, Robin Danniqan hazırda dövlət katibinin Mərkəzi və Şərqi Avropa məsələləri üzrə köməkçisinin müavinidir. 2018-2021-ci illərdə o, ABŞ-ın Avstriyadakı diplomatik missiyasının rəhbərinin müavini vəzifəsində işləyib. Danniqan 1992-ci ildən Dövlət Departamentində işləyir.

Robin Danniqan 2014-2017-ci illərdə Dövlət Departamentinin Enerji Resursları Bürosunda dövlət katibinin köməkçisinin müavini vəzifəsində işləyib.

Danniqan, həmçinin ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və Salvadordakı səfirliklərində işləyib.

Robin Danniqan 2020-ci ildən ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsində işləyən Kelli Deqnanı əvəzləyəcək.