Co Bayden 1,2 trilyon dollarlıq büdcəni imzalayıb və Nümayəndələr Palatasını Ukrayna, İsrail və Tayvan üçün əlavə maliyyələşdirməsi haqqında qanun qəbul etməyə çağırıb
President Joe Biden speaks about his meeting with Alexei Navalny's widow Yulia Navalnaya and daughter Dasha, in San Francisco Thursday, Feb. 22, 2024. (AP Photo/Manuel Balce Ceneta)
ABŞ prezidenti Co Bayden 1,2 trilyon dollarlıq büdcəni imzalayıb və Nümayəndələr Palatasını Ukrayna, İsrail və Tayvan üçün əlavə maliyyələşdirməsi haqqında qanun qəbul etməyə çağırıb.
“Bildirmək istərdim ki, Konqresin işi bitməyib. Nümayəndələr Palatası əlavə maliyyə üçün ikipartiyalı qanun layihəsini qəbul etməlidir”, – deyə Bayden bildirib.
ABŞ prezidenti hökumətin maliyyələşdirməsi haqqında imzaladığı ikipartiyalı qanun layihəsinin iqtisadiyyatı və milli təhlükəsizliyi gücləndirəcəyini bildirir.
“Bu razılaşma kompromisdir, yəni heç bir tərəf istədiyi heç birşeyi əldə etməyib”, – deyə ABŞ prezidenti bildirib.