Co Bayden - Əgər Benyamin Netanyahu Rafahın geniş miqyaslı işğal əmrini verərsə, ABŞ bəzi amerika silahlarının İsrailə verilməsini dayandıracaq
Co Bayden - Əgər Benyamin Netanyahu Rafahın geniş miqyaslı işğal əmrini verərsə, ABŞ bəzi amerika silahlarının İsrailə verilməsini dayandıracaq

 
Əgər Benyamin Netanyahu Rafahın geniş miqyaslı işğal əmrini verərsə, ABŞ bəzi amerika silahlarının İsrailə verilməsini dayandıracaq-bu haqda ABŞ Prezidenti Co Bayden “CNN”ə müsahibəsində açıqlayıb.

“Qəzzada dinc sakinlər bu bombalar nəticəsində və hədəfi yaşayış məntəqələri olan digər yollarla həlak olublar. Mən açıq şəkildə bildirdim ki, əgər onlar hələlik daxil olmadıqları Rafaha getsələr, tarixən Rafahla döyüşmək, şəhərlərlə döyüşmək üçün istifadə edilmiş silahları verməyəcəyəm- bu isə, bu problemi həll edir”-Bayden deyib.

ABŞ Prezidentinin dediyi kimi, İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcək.

Bayden, İsrailin Rafaha hücumunu quru əməliyyatı hesab etmədiyini bildirib.

“Onlar yaşayış məntəqələrinə daxil olmayıblar. Etdikləri şey sərhəddədir” -Bayden bildirib.

Həmçinin, müsahibə zamanı Bayden İsrailin Qəzzada mülki şəxslərə qarşı ABŞ-ın verdiyi silahlardan istifadə etdiyini deyib və jurnalistin İsrailin qırmızı xətti keçib-keçməməsi sualına, prezident cavabında hələ keçmədiyini bildirib.