"CNN" səyahətçilərə Milad və Yeni il zamanı ziyarət etməyi tövsiyə etdiyi Avropanın 12 şəhəri sırasına Tbilisini də salıb
"CNN" səyahətçilərə Milad və Yeni il zamanı ziyarət etməyi tövsiyə etdiyi Avropanın 12 şəhəri sırasına Tbilisini də salıb

 
“Avropanın Milad bayramı üçün bəzədilmiş sehrli şəhərləri” –”CNN” səyahətçilərə Milad və Yeni il zamanı ziyarət etməyi tövsiyə etdiyi Avropanın 12 şəhəri sırasına Tbilisini də salıb.

Avstriya, Almaniya, Fransa, Belçika, Niderland, Norveç və Polşa şəhərləri arasında Gürcüstanın paytaxtı da var. Məqalənin müəllifi Co Miniheli “CNN” səyahət portalının oxucularına Tbilisiyə səfər etməyi tövsiyə edir.

“Milad bayramını sevənlər Gürcüstanı və onun paytaxtını ziyarət etməlidirlər, burada Milad və Yeni il bir nömrəli bayramdır. Gürcüstanda əksəriyyət ortodoks xristianıdır, bu səbəbdən Milad bayramı dekabrın 25-də deyil, yanvarın 7-də qeyd olunur. Gürcüstanda əsas bayram günü dekabrın 31-dir. Yerli sakinlər bir-birlərinə hədiyyələr verirlər, bütün şəhərdə səma atəşfəşanlıqla işıqlandırılır. Parlament binasının yaxınlığında böyük Milad ağacı var, yaxınlıqda Milad kəndi və festival bazarları təşkil olunub”-deyə “CNN” jurnalisti yazır.