CNN "Katsxis Sveti" barəsində məqalə dərc etdirir
CNN "Katsxis Sveti" barəsində məqalə dərc etdirir

“Katsxis Sveti – cəsur keşişlərin Tanrıya yaxınlaşdığı ekstraordinar kilsə”, – bu başlıqlı məqaləni “CNN” teleşirkətinin ən popyular nəşrlərindən biri olan “CNN Travel” nəşri dərc etdirir.

Məqalənin müəllifi oxucuya nəql edir ki, “Katsxis Sveti” dünyanın ən təcrid olunmuş və müqəddəs yeridir və onun hündürlüyü 40 metrdir. Onun yazdığına görə, “Katsxis Sveti”-yə yaxınlaşmaq sehrli təcrübədir.

Müəllif “Katsxis Sveti”-yə çıxan yolu cənnət pilləsi adlandırır. Məqalənin müəllifi yerin nadirliyi, ona qədər gedən yol və kilsə-monatrın sərt qaydaları barəsində oxucuya kifayət qədər təfərrüatlı məlumat verir.