“CNN” – İsrail İranın raket hücumuna cavab planı hazırlayıb
İsrail İranın raket hücumuna cavab planı hazırlayıb.
Bu barədə “CNN” mənbəyə istinadən məlumat yayıb.
Lakin mənbə teleşirkətə əlavə məlumat verməyib.
Sienen-in sözlərinə görə, baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri ABŞ-ı əmin ediblər ki, İrana qarşı cavab zərbəsi yalnız hərbi hədəflərlə məhdudlaşacaq və neft və ya nüvə obyektlərinə təsir etməyəcək.
İran Hizbullah lideri Həsən Nəsrullah, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə və digər yüksək rütbəli rəsmilərin öldürülməsinə cavab olaraq İsrailə onlarla raket zərbəsi endirib.
Netanyahu deyib ki, İran bu hücumun “bədəmini ödəyəcək”.