“CNN” – İsrail İranın hücumunu gözləyir, ölkə yüksək hazırlıq vəziyyətindədir

14:34, 01.11.2024

İsrail İranın hücumunu gözləyir, ölkə yüksək hazırlıq vəziyyətindədir. – Bu barədə “CNN” anonim mənbəyə əsaslanaraq yazır.

“CNN”in yazdığı kimi, indiki mərhələdə cavab zərbəsinin mümkün vaxtı və miqyasını müəyyən etmək üçün İranın qərarı qiymətləndirilir.

Xatırladaq ki, daha əvvəl anonim mənbə “CNN”ə İranın İsrailə qarşı “qətiyyətli və ağrılı” cavab tədbirləri planlaşdırdığını bildirmişdi. Mənbə hücumun dəqiq tarixini açıqlamasa da, bunun ABŞ prezident seçkilərindən əvvəl baş vermə ehtimalının olduğunu qeyd edib.

Oxşar