"CNN" - "Hizbullah"ın İsrailə hücumu nəticəsində ən azı 10 nəfər yaralanıb
"CNN" - "Hizbullah"ın İsrailə hücumu nəticəsində ən azı 10 nəfər yaralanıb

 
“Hizbullah” tərəfindən İsrailə qarşı həyata keçirilmiş hücum nəticəsində ən azı 10 nəfər yaralanıb. Bu haqda məlumatı “CNN” yayır.

“CNN”in yazdığı kimi, İsrailin Müdafiə Qüvvələrində hadisənin ölkənin şimalında yerləşən şəhərdə baş verdiyini bildiriblər. Onların verdiyi məlumatda, “Hizbullah”ın hücumu pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi deyilir.

“CNN”in məlumatında qeyd olunub ki, şəhərdə hava hücumu ilə bağlı həyəcan siqnalı işə salınmayıb və baş vermiş hadisə ilə əlaqədar istintaq aparılır.