Çinin Müdafiə Nazirliyinin mətbuat katibi- Çin hərbçiləri iki ölkənin lideri tərəfindən əldə edilmiş mühüm konsensusun tam şəkildə həyata keçirilməsi üçün rus hərbçilər ilə işləməyə hazırdır
Çinin Müdafiə Nazirliyinin mətbuat katibi- Çin hərbçiləri iki ölkənin lideri tərəfindən əldə edilmiş mühüm konsensusun tam şəkildə həyata keçirilməsi üçün rus hərbçilər ilə işləməyə hazırdır

 
Çinin Müdafiə Nazirliyinin mətbuat katibi, Çin və Rusiyanın hərbçilərinin beynəlxalq hüququ və ədaləti birgə qoruyacaqlarını bildirib. Bu haqda bəyanatı Çinin Müdafiə Nazirliyinin mətbuat katibi Vu Tsian mayın 30-da keçirilmiş mətbuat konfransında jurnalistin sualına cavab olaraq verib.

Müxbir Çinin Müdafiə Nazirliyinin mətbuat katibindən Çin və Rusiya prezidentləri tərəfindən Pekində keçirilmiş görüşü şərh etməyi xahiş edib.

“Prezident Si Dzinpin və prezident Putin iki ölkənin hərbçiləri arasında münasibətlərin inkişafı üçün yeni plan hazırlayıblar. Çin və Rusiya yeni dövrdə hərtərəfli strateji tərəfdaşlıq və koordinasiyanın dərinləşdirilməsinə dair birgə bəyanat dərc ediblər, qarşılıqlı hərbi etimad və koordinasiyanı daha da dərinləşdirəcəklərini, birgə təlimlərin miqyasını genişləndirəcəklərini, müntəzəm dəniz və hava patrullarını həyata keçirəcəklərini, ikitərəfli və çoxtərəfli çərçivədə koordinasiya və əməkdaşlığı gücləndirəcəklərini bildiriblər. Həmçinin risklərə və çağırışlara birgə cavab vermək üçün hər iki tərəfin imkanlarını davamlı olaraq yaxşılaşdıracaqlar. Çin hərbçiləri iki ölkənin lideri tərəfindən əldə edilmiş mühüm konsensusun tam şəkildə həyata keçirilməsi, strateji kommunikasiya və koordinasiyanın gələcəkdə möhkəmləndirilməsi, hərbi etimadın dərinləşdirilməsi, qlobal təhlükəsizlik çağırışlarına birgə cavab verilməsi, beynəlxalq hüququn və ədalətin birgə müdafiəsi, beynəlxalq və regional təhlükəsizliyin dəstəklənməsinə öz töhfəsini vermək üçün rus hərbçilər ilə işləməyə hazırdır”-Çinin Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.