Çinin xarici işlər naziri ABŞ ilə İran arasında əldə olunan sazişi alqışlayır – “Sülhün şəfəqi doğub”
Çin ABŞ ilə İran arasında əldə olunan sazişi alqışlayır. Çinin xarici işlər naziri Van İ İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı bildirib ki, “sülhün şəfəqi doğub”.
Van İ qeyd edib ki, əsas vəzifə bütün tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri real şəkildə yerinə yetirməsidir.
“Hazırda əsas məsələ bütün tərəflərin öz öhdəliklərini həqiqətən yerinə yetirməsi və müxtəlif maneə törədən amillərdən yayınmasıdır”, – deyə Çinin xarici işlər naziri bildirib.
Bununla yanaşı, Van İ vurğulayıb ki, Hörmüz boğazında gəmiçilik məsələsi lazımi qaydada həll edilməli və beynəlxalq ictimaiyyətin ümumi maraqları nəzərə alınmalıdır.
Məlumat üçün bildirək ki, Donald Trump və Masoud Pezeshkian ABŞ–İran qarşılıqlı anlaşma memorandumunu imzalayıblar. Sazişin imzalanması Versal sarayında keçirilən şam yeməyi zamanı baş tutub.