Çinin ən böyük elektrikli avtomobil istehsalçısı şirkəti Türkiyə ilə bir milyard dollarlıq müqaviləyə razılaşıb
Çinin ən böyük elektrikli avtomobil istehsalçısı şirkəti Türkiyə ilə bir milyard dollarlıq müqaviləyə razılaşıb

 
Çinin ən böyük elektrikli avtomobil istehsalçısı “BYD” şirkəti Türkiyədə istehsal zavodu yaratmaq üçün 1 milyard dollarlıq müqaviləyə razılaşıb. Məlumatı “BBC” yayır. İstehsal ehtimal ki 2026-cı ilin sonunda başlayacaq.

Müqaviləni İstanbulda keçirilən tədbirdə imzalayıblar. Mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və BYD-nin baş direktoru Vanq Çuanfu iştirak edirdilər.

Keçən həftə Avropa İttifaqı blokun avtomobil sənayesini Çinin təsirindən qorumaq üçün Çinin elektrik avtomobillərinə tarifləri qaldırdı. Türkiyə hökuməti də ölkənin avtomobil istehsalçılarını dəstəkləmək üçün Çin avtomobillərinin idxalına əlavə 40%-lik rüsum təyin etdi.