Çinin "China Southern Airlines" aviaşirkəti Gürcüstanın aviasiya bazarına qayıdır
Çinin "China Southern Airlines" aviaşirkəti Gürcüstanın aviasiya bazarına qayıdır

 

Çin Xalq Respublikasının aparıcı aviaşirkətlərindən biri olan “China Southern Airlines” Gürcüstan istiqamətində müntəzəm hava hərəkətini bərpa edəcək.

Mülki Aviasiya Agentliyinin məlumatında 2023-cü ilin yanvarından Urumçi -Tbilisi-Urumçi hava xətti ilə müntəzəm uçuşlar başlayacağı deyilir.

Gürcüstanın Mülki Aviasiya Agentliyinə təqdim edilən müraciətə əsasən, Urumçi ilə Tbilisi arasında qış naviqasiya mövsümünün sonunadək – 2023-cü ilin martın 25-dək müntəzəm uçuşlar həftədə bir dəfə, hər cümə günü yerinə yetiriləcək.

Bu ilin dekabrın 23-də agentlik aviaşirkətə müntəzəm hava hərəkəti üçün lazımi icazə verib.

“China Southern Airlines” 2020-ci ilin yanvarında “Covid-19” infeksiyası ilə bağlı pandemiya səbəbindən Gürcüstana uçuşları dayandırıb. Gürcüstana sonuncu müntəzəm reys 2020-ci ilin yanvarın 23-də həyata keçirilib.