Çinin baş naziri səfərdə olan Almaniya vitse-kansleri ilə görüşü ləğv edib
Çinin baş naziri səfərdə olan Almaniya vitse-kansleri ilə görüşü ləğv edib

Çinin baş naziri Li Qian Çində səfərdə olan Almaniya vitse-kansleri və iqtisadiyyat naziri Robert Habeklə görüşü ləğv edib.

Bu barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb. Nəşr yazır ki, Habəkin görüşün niyə baş tutmamasından xəbəri yoxdur.

Welt-ə görə, hazırda Avropa İttifaqı ilə Çin Xalq Respublikası arasında ticarət müharibəsi gedir, çünki Avropa Komissiyası Çinin elektromobillərinə cəza tarifləri tətbiq etmək istəyir. Avropa İttifaqı bu niyyətini Çində yüksək dövlət subsidiyalarının yaratdığı qeyri-bərabər rəqabət şəraiti ilə əsaslandırır. Çin artıq əks tədbirlərlə hədələyib. Almaniyanın iqtisadiyyat naziri Çin rəsmilərinə deyib ki, Aİ-nin Çin mallarına təklif etdiyi tariflər “cəzalandırıcı” deyil və Çinlə oyun sahəsini bərabərləşdirmək məqsədi daşıyır. Çin hökuməti Çin şirkətlərini qorumaq üçün hər şeyi edəcəklərini bildirir.