Çində məktəb avtobusu piyadalarla toqquşub, 11 nəfər həlak olub
Çində məktəb avtobusu piyadalarla toqquşub, 11 nəfər həlak olub

 
Çində məktəb avtobusu piyadalarla toqquşub, 11 nəfər həlak olub. Hadisə ölkənin şərq hissəsində, Şandun əyalətində baş verib.

Məktəbin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi izdihamlı piyada yol ayrımına çıxıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanlar arasında 5 uşaq və 6 valideyn var. Xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı istintaq başladılıb.