Çin və Polşa ikitərəfli ticarət və investisiya əməkdaşlığı haqda qarşılıqlı anlaşma memorandumu imzalayıblar
Çin və Polşa ikitərəfli ticarət və investisiya əməkdaşlığı haqda qarşılıqlı anlaşma memorandumu imzalayıblar

 
Polşanın Prezidenti Ancey Duda Çində rəsmi səfərdədir. İki ölkə diplomatik münasibətlərin 75-ci ildönümünü qeyd edir. Si Dzinpin və Ancey Duda arasında keçirilən ikitərəfli danışıqlar zamanı Si Dzinpin çətin beynəlxalq mühitdə hər iki ölkənin sülhə verdiyi töhfələrdən danışıb.

Görüşlərdən sonra Polşa və Çinin ticarət nazirləri ikitərəfli ticarət və investisiya əməkdaşlığı haqda qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.

Duda Çində beş günlük səfərdədir, iyunun 26-da o, Polşa-Çin İqtisadi Forumunda iştirak etmək üçün Şanxaya yola düşəcək.