Çin Səfirliyi - 11 dekabr 2023-cü ildən 31 dekabr 2024-cü ilə qədər Gürcüstan vətəndaşları üçün Çin viza rüsumları azaldılacaq
Çin və xarici ölkələr arasında səyahətləri təşviq etmək məqsədilə Çinin Gürcüstandakı səfirliyi 11 dekabr 2023-cü ildən 31 dekabr 2024-cü il tarixinədək Gürcüstan vətəndaşları üçün Çin viza rüsumunu azaldacaq. Bu barədə məlumatı Çinin Gürcüstandakı səfirliyi yayıb.
“Güzəştli viza rüsumu belə olacaq: birdəfəlik viza – 45 lari, ikidəfəlik viza – 70 lari, yarımillik çoxdəfəlik viza – 90 lari, bir illik çoxdəfəlik viza – 135 lari, iki illik çoxdəfəlik viza – 135 lari”, – məlumatda qeyd olunur.
Səfirliyin məlumatına əsasən, dekabrın 11-dən əvvəl təqdim edilən müraciətlər üçün viza rüsumlarına əvvəlki qaydalar tətbiq olunacaq. Sənədlər sürətləndirilmiş xidmətə təqdim edildikdə, müraciət edən şəxs əlavə rüsum ödəməli olacaq.
Müəllif -
Mehemmed Bayramaliyev