Cim Riş- 15 il əvvəl Rusiya Gürcüstanın bölgələrinə qanunsuz müdaxilə edib, işğal edib və insan haqlarını pozub, Rusiya törətdiyi cinayətlərə görə cavab verməlidir
15 il əvvəl Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinə qanunsuz müdaxilə edib, işğal edib və insan haqlarını pozub. Rusiya dezinformasiya yaymağa və minlərlə günahsız gürcünü təqib etməyə davam edir – bu barədə amerikalı senator, Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş 2008-ci ilin avqust müharibəsinin 15-ci ildönümü ilə bağlı sosial şəbəkədə yazır.
“Rusiya törətdiyi cinayətlərə görə cavab verməli və Gürcüstanın suveren ərazilərini qaytarmalıdır”-deyə Cim Riş yazır.