China Southern Airlines Tbilisi Beynəlxalq Hava Limanına uçuşları bərpa edib
China Southern Airlines Tbilisi Beynəlxalq Hava Limanına uçuşları bərpa edib

 

Pandemiyanın səbəb olduğu üç illik fasilədən sonra China Southern Airlines Gürcüstanın hava bazarına qayıdıb.

“Tav Georgia” Çin aviaşirkətinin bu gün Urumçidən Tbilisiyə ilk uçuşunu həyata keçirməsi barədə məlumat verir.

İdarə tərəfindən verilən məlumatda bu gün Tbilisi və Batumi Beynəlxalq Hava Limanlarının idarəedici şirkəti olan TAV Georgia şirkətinin rəhbərliyi, Mülki Aviasiya Agentliyinin və aviaşirkətin nümayəndələrinin iştirakı ilə Tbilisi Beynəlxalq Hava Limanında təntənəli mərasim keçirildiyi deyilir.

China Southern Airlines qış naviqasiya mövsümündə həftədə bir dəfə cümə günləri Urumçi-Tbilisi-Urumçi istiqamətində uçuşlar həyata keçirir, yay mövsümündə isə tələbata uyğun olaraq tezlikləri artırmağı planlaşdırır.