Chiaturada mədənçilərin etiraz aksiyası davam edir
Chiaturada mədənçilərin etiraz aksiyası davam edir

 

Chiaturada mədənçilərin etirazı 14-cü gündür davam edir. Aclıq aksiyasının səkkizinci günündə dünən mədənçilərdən biri etiraz əlaməti olaraq gözlərini tikib. Tətil elan etmiş on mədənçi aclıq aksiyası keçirir. Onların səhhətini yoxlayan həkimlər ərazidədirlər.

Tətil elan etmiş mədənçilər şirkətdən maaşların artırılmasını və yeni qrafikə yenidən baxılmasını tələb edirlər. Tətil elan etmiş mədənçilər və şirkət nümayəndələri arasında keçirilmiş bir neçə görüş nəticəsiz başa çatıb.

Xalq müdafiəçisi və Səhiyyə Nazirliyinin nümayəndələri vasitəçilik prosesinə qoşulublar.