Chabua Amirecibi yolunda avtomobillərin hərəkəti noyabrın 30-u da daxil olmaqla vaxtaşırı məhdudlaşdırılacaq
Chabua Amirecibi yolunda qayalı yamacda sürüşməyə qarşı torun quraşdırılması davam edir-bu barədə Tbilisi Meriyası məlumat yayır.
Məlumatda qeyd olunduğu üzrə, cari işlərlə əlaqədar sentyabrın 20-dən noyabrın 30-u da daxil olmaqla, saat 23:00-dan 06:00-dək Chabua Amirecibi və Kakutsa Çoloğaşvili avtomobil yollarının kəsişməsindən Mixeil Tamaraşvili küçəsinə qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Məhdudiyyət müddətində avtomobillər Kakuça Çoloğaşvili yolundan, Sulxan Tsintsadze və Mixeil Tamaraşvili küçələrindən istifadə etməklə hərəkət edə biləcəklər. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir” – meriyanın məlumatında qeyd olunub.