Ceyms Stavridis – Tramp Ukrayna və Rusiyaya təzyiq göstərərək onları danışıqlar masasına oturtacaq, təəssüf ki, Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faiz demokratik və azad Ukrayna olacaq

17:09, 10.11.2024

Donald Tramp Ukrayna və Rusiyaya təzyiq göstərərək onları danışıqlar masasına oturtacaq, təəssüf ki, Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi demokratik və azad Ukrayna olacaq. – Bu barədə NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis “CNN” nəşrinə müsahibəsində bildirib.

Keçmiş yüksək rütbəli NATO rəsmisinin fikrincə, saziş çox güman ki, Koreya ssenarisi kimi davam edəcək və daha sonra 3-5 ildən sonra Ukrayna NATO-ya qəbul olunacaq.

“Bu, ən pis nəticə deyil və bəlkə də Ukrayna böhranı belə başa çatacaq”. – Ceyms Stavridis dedi.

Oxşar