Ceyms Appaturayın Gürcüstanın Birinci Kanalına eksklüziv müsahibəsi [Video]

 

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturay Gürcüstandadır, o müxtəlif hakimiyyət qollarının nümayəndələri ilə görüşlər keçirir. Bu Appaturayın NATO Baş katibinin Xüsusi Nümayəndəsi olaraq Gürcüstana son səfəridir. Ceyms Appaturay , Gürcüstanın Birinci Kanalına eksklüziv müsahibəsində səfərin məqsədlərindən və danışıqların əsas mövzularından danışıb. Qeyd etmək lazımdır ki, bu Appaturayın sözü gedən vəzifədə son rəsmi müsahibəsidir.

Appaturay NATO Baş katibinin Təhlükəsizlik Çağırışları üzrə köməkçisinin müavini olacaq. Hibrid təhdidləri məsələləri üzərində işləyəcək. Müsahibəsində Appaturay Gürcüstanın bu illərdəki uğurlarının bəhrəsini verdiyini və ölkənin hazırda NATO-nun ən fəal müttəfiqlərindən biri olduğunu bildirir. Onun sözlərinə görə, Gürcüstana səfərin məqsədi ölkəni NATO üzvlüyünə yaxınlaşdıracaq olan islahatları təşviq etməkdir.

Appaturayın da qeyd etdiyi kimi, Gürcüstan NATO-ya üzv olmazdan əvvəl mütləq Üzvlük Fəaliyyət Planını qəbul edəcək, lakin NATO Baş Katibinin Xüsusi Nümayəndəsi bildirir ki, onun fikrincə, MAP qəbul edildikdən sonra Gürcüstan çox gözləməli olmayacaq və tezliklə alyansın tamhüquqlu üzvü olacaq.

Appaturay, alyans daxilində açıq qapı siyasətinin gücləndirilməsinin müzakirə edildiyini və bu mövzunun həm dekabr ayında, həm də NATO Xarici İşlər Nazirləri toplantısında , eləcə də gələn il Madriddə keçiriləcək NATO Liderləri Sammitində müzakirə ediləcəyini bildirib.