Ceyms Appaturay - Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatı qüvvədə qalacaq, bu baxımdan hər hansı dəyişiklik gözləmirəm
Ceyms Appaturay - Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatı qüvvədə qalacaq, bu baxımdan hər hansı dəyişiklik gözləmirəm

 

Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatı qüvvədə qalacaq, bu baxımdan hər hansı dəyişiklik gözləmirəm – bu barədə NATO baş katibinin köməkçisi Ceyms Appaturay açıqlayıb.

Ceyms Appaturay Vilnüs zirvə toplantısının gözləntilərindən danışıb.

Onun qeyd etdiyi kimi, Vilnüs zirvə toplantısında bir neçə yeni istiqamətə diqqət yetiriləcəyi gözlənilir, bunlardan biri mahiyyətcə NATO-nun müdafiəsini, planlar, qüvvələr ilə gücləndirilməsi, digəri isə Ukrayna ilə bağlıdır.

“Əminəm ki, alyans Ukraynaya daha çox yardımın göstərilməsini müzakirə edəcək və Ukrayna ilə siyasi münasibətlərin necə olmasının çərçivəsini müəyyənləşdirəcək. Üçüncüsü, Asiya-Sakit okean regionu ilə çox yüksək səviyyədə gələcək əməkdaşlığa ümid edirəm. Dördüncüsü, biz hamımız İsveçin üzvlüyünü alqışlamaq istəyirik. Siz hamınız bunun siyasi kontekstini başa düşürsünüz, lakin biz çox aktiv işləyirik. Beşinci – Mən NATO-nun gələcəyi, innovasiyalar, yeni texnologiyalar, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, kibertəhlükəsizlik, hibrid təhlükəsizliyi ilə bağlı mühüm qərarlar gözləyirəm. Hazırda üzərində işlədiyim bir çox istiqamətlər var və məhz bu səbəbdən bununla bağlı konkret həll yolları olacağını bilirəm.

Məsələ aspirantlarla bağlıdırsa, mən artıq Ukraynadan bəhs etdim, Gürcüstana gəlincə sizi tam əmin edə bilərəm ki, Gürcüstan hər gün NATO-nun gündəmində olduqca yüksək səviyyədədir. Beləliklə, şura səviyyəsində, bütün görüşlərdə məsələ iştirakla bağlıdırsa, o cümlədən Rusiyanın qonşuluğa mənfi təsiri kontekstində biz artıq Gürcüstanla münasibətlərimizi daha da intensivləşdirməyə qərar vermişik, biz artıq bunu edirik və müzakirə getdiyini bilirəm, gücləndirilmiş əməkdaşlıq proqramı tezliklə reallaşacaq.

Məsələ açıq qapı siyasəti ilə bağlı olunca hansı siyasi dildən istifadə olunacaq, bilmirəm, hətta sənəd layihəsi belə hələ hazır deyil, hərçənd Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatının qüvvədə qalacağı aydındır – bu baxımdan hər hansı bir dəyişiklik gözləmirəm. Beləliklə gəlin siyasi dili gözləyək” – deyə Ceyms Appaturay açıqlayıb.