Ceyms Apaturay - Gürcüstanda inkişaf edən hadisələri diqqətlə izləyirik, böyük müxalif partiyanın rəhbərinin yaxalanması dərin narahatçılıq yaradır
Qafqaz məsələləri üzrə NATO-nun xüsusi nümayəndəsi, Ceyms Apaturay bəyan edir ki, Nika Meliyanın yaxalanması dərin narahatçılıq yaradır.
Apaturay bu barədə bəyanatı “feysbuk” sosial şəbəkəsi vasitəsilə yayır.
“Biz Gürcüstanda inkişaf edən hadisələri diqqətlə izləyirik. Böyük müxalif partiyanın rəhbərinin yaxalanması dərin narahatçılıq yaradır. NATO gözləyir ki, Gürcüstan yaxın partnyor və aspirant kimi, avroatlantik demokratik standartlarını qoryub saxlayacaq. Bu siyasi narazılığın dialoq yolu ilə həllini və polarizə olunmuş ritorika və hərəkətlərin başdan rədd edilməsini əhatə edir”, – Apaturay yazır.