Ceyms Apaturay - Gürcüstanda daha az polarizasiya olmuş siyasi mühit görmək, hökumətlə müxalifətin birgə işləməsini görmək istəyirik
NATO Gürcüstan tərəfindən islahatların davam etdirilməsini istəyir, biz daha az polarizasiya olmuş siyasi mühit görmək istəyirik. Biz iqtidarla müxalifətin siyasi fikir ayrılığından kənar qərarlar qəbul etmək üçün birgə işləməsini görmək istəyirik, – bu barədə NATO baş katibinin köməkçisinin müavini, Ceyms Apaturay Parlamentdəki görüşdən sonra bəyan etdi.
Appaturayın dediyinə görə, NATO-ya üzv dövlətlərə aydındır ki, Gürcüstan əhalisinin böyük bir hissəsi Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir.
“Bu sisyasi sestemdə də geniş ifadə olunub. Parlamentdə dinlədim ki, Gürcüstanın NATO-ya üzvlüyünün çoxpartiyalı dəstəyi var, buna şadam, konstitusiyada da bu yazılıb. Bu istiqamətdə bütün qərarlar vacibdir. NATO Gürcüstan tərəfindən islahatların davam etdirilməsini istəyir, biz daha az polarizasiya olmuş siyasi mühit görmək istəyirik. Biz iqtidarla müxalifətin siyasi fikir ayrılığından kənar qərarlar qəbul etmək üçün birgə işləməsini görmək istəyirik. Burada çox qütbləşmiş mühit var, Gürcüstan və NATO-ya üzv dövlətlərin hökumətləri bundan ehtiyat edirlər. NATO bir təşkilat olaraq sanksiyalarda iştirak etmir. Aydındır ki, Gürcüstan çox çətin coğrafi və təhlükəsizlik mühitindədir. Eyni zamanda, NATO-ya üzv dövlətlərin hökumətləri görmək istəyir ki, onların müttəfiqləri Ukraynanı dəstəkləmək və Rusiyaya təzyiq göstərmək üçün əllərindən gələni edirlər”, – Ceyms Apaturay bəyan etdi.