Ceymi Oliver Gürcüstanın qastronomik turizmi haqda kampaniyaya başlayıb
Məşhur şef aşpaz Ceymi Oliver Gürcüstanın qastronomik turizmi haqda kampaniyaya başlayıb.
Bu haqda məlumatı Milli Turizm Administrasiyası yayır.
“Gürcü mətbəxi haqqında bu vaxta qədər heç nə eşitməmisinizsə, hazır olun, sizin üçün xüsusi bir şeyimiz var! Ceymi Oliverə qoşulun! O, pxali və ənənəvi gürcü şoti çörəyinin dadına baxır. Ceymi Oliver Gürcüstanın unikal və qədim şərab mədəniyyətini araşdırır” – Ceymi Oliverin tərcüməsi Milli Turizm Administrasiyası tərəfindən yayılan “Facebook” səhifəsində yazılıb.