Ceyk Sallivan -Konqresin ötən ay təsdiqlədiyi ABŞ-ın hərbi yardımı artıq Ukraynadadır
Ceyk Sallivan -Konqresin ötən ay təsdiqlədiyi ABŞ-ın hərbi yardımı artıq Ukraynadadır

 
Konqresin ötən ay təsdiqlədiyi ABŞ-ın hərbi yardımı artıq Ukraynadadır. Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu haqda məlumat yayır.

“Qanunun qüvvəyə mindiyi elə həmin gün, iki-üç həftə əvvəl prezident milyard dollar həcmində yardım paketini imzaladı. Bu texnikanın bir hissəsi artıq döyüş meydanındadır. O, cümə günü başqa bir paketi də imzaladı. Bu avadanlığın bir hissəsi cari həftə döyüş meydanına çatdırılacaq” – deyə Ceyk Sallivan bildirib.

Xatırladaq ki, aprel ayında Konqres Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib, bundan sonra da Ağ Ev Ukraynaya silahı tez bir zamanda çatdıracağına dair söz verib.